Suares: “Onlar icazə verməz ki, tək gəzəsən”

“Atletiko”nun futbolçusu Luis Suares Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı hücumçu, sabiq komandası haqda bunları söyləyib:

“Liverpul”a ilk gələndə çox möhtəşəm atmosferlə qarşılaşmışdım. Premyer Liqa oyunlarını izləmək, xəyallarını reallaşdırmaq inanılmaz idi.

“Liverpul”un himni əslində hər şeyi ifadə edir. Pis nəticələr ola bilər, hətta bu, üst-üstə yaşana bilər. Amma azarkeşlər hər zaman sənin arxanda olur. Onlar icazə verməz ki, tək gəzəsən. Səni fitə basmazlar. Hər zaman sənə inanarlar. Çünki sən “Liverpul” üçün oynayırsan.

“Liverpul”la matçda xırda detallar nəticəni müəyyənləşdirə bilər. Çempionlar Liqasında xırda səhv etdin, bunun cəzasını çəkirsən. Diqqətli olmalıyıq”.

Sabah keçiriləcək “Liverpul” – “Atletiko” matçı saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button