Keçmiş qapıçı: “Çelsi” getdikcə daha yaxşı kluba çevriləcək”

“Arsenal”ın və İngiltərə yığmasının sabiq qapıçısı Devid Simon Maurisio Poçettinonun rəhbərliyi altında “Çelsi”nin çıxışından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş qolkiper, problemin Poçettinoda olmadığını bildirib:

“Aston Villa” “Çelsi”ni məğlub edəndə (1:0), Poçettinonun qovulması haqda çox danışılırdı. Amma bu olanlar onun günahı deyildi. Hazırda onların gənc komandası var. Klubdakı dəyişikliklərdən sonra bir çox işçi işdən çıxarılıb. Bu, yaxşı əlamət deyil.

“Çelsi”nin uğur qazanacağını düşünürəm. Mənim fikrimcə, “Çelsi” getdikcə daha yaxşı kluba çevriləcək”.

“Zadəganlar” Premyer Liqanın 6 oyunundan sonra 5 xal toplayıb və hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button