“Arsenal” müdafiəçisini sata bilər

“Arsenal”ın müdafiəçisi Ben Uayt mövsümün sonunda klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya “Everton” maraq göstərir. Həmçinin, “topçular”ın idman direktoru Andrea Berta yayda bir neçə oyunçunun satılmasına dair göstəriş alıb və Uayt da siyahıda ola bilər.

Bildirilir ki, “Arsenal” büdcə problemləri səbəbindən əvvəldən lider oyunçulardan birini satmağa hazırlaşıb.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 21 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button