“Ardanın əla xasiyyəti, xarakteri var” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin komandada debüt etməsi barədə danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis ötən gecə İspaniya kubokunun 1/16 finalında “Arandina” ilə görüşdə (3:1) start heyətdə meydana çıxan və 59-cu dəqiqədə əvəzlənən 18 yaşlı futbolçunu tərifləyib:

“Gülərin əla xasiyyəti, xarakteri var. Bu yaxşıdır. O, zərbə keyfiyyəti ilə seçilir. Ardanın xarakteri “Real”da uğur qazanmaq üçün də vacibdir. O, bir saat yaxşı səviyyədə oynadı. Aydındır ki, fiziki hazırlıqla bağlı problemləri hələ də var. Ona görə də səbirli olmaq lazımdır”.

Arda Gülər ​​2023-cü ilin yayında “Fənərbaxça”dan Madrid təmsilçisinə 20 milyon avroya keçib. O vaxtdan bəri futbolçu aldığı ardıcıl zədələr səbəbindən meydana çıxa bilməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button