“Arda əsas oyunçularımızdan biridir” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya superkubokunun finalında “Barselona”nı məğlub etdikləri matçdan (4:1) sonra türkiyəli yarımmüdafiəçisi Arda Gülər haqda danışıb.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis final görüşündə meydana çıxmayan 18 yaşlı futbolçunun komandanın əsas oyunçularından biri olduğunu bildirib:

“Arda Gülər əsas oyunçularımızdan biridir. Biz cəmi 11 futbolçu ilə oynamırıq. O, ciddi zədədən qayıdıb, tezliklə öz işini görməyə başlayacaq və daha çox oyun şansı əldə edəcək”.

Arda 2023-cü ilin yayında “Fənərbaxça”dan Madrid təmsilçisinə 20 milyon avroya keçib. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimi qüvvədədir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button