
Alonsodan ukraynalı futbolçu haqda açıqlama
“Real”ın baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının 5-ci turunda “Olimpiakos”la matçda qapını qoruyan Andrey Lunin haqqında fikirlərini bölüşüb.
Ukraynalı qolkiper üç qol buraxsa da, “kral klubu” 4:3 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı klubun mətbuat xidmətinə açıqlamasında Luninin lazım olan anda meydana çıxmağa həmişə hazır olduğunu deyib:
“Lunin lazım olan anda meydana çıxmağa həmişə hazırdır. O, bu funksiyanı əla yerinə yetirir. Üç qol buraxması təəssüf doğurur, amma buna baxmayaraq, komandaya arxayınlıq və sakitlik qatmağa çalışdı. Biz ona güvənirik. Lazım olanda meydanda olacaq”.
Lunin 2018-ci ildən “Real”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
Bizi Facebook-da izləyin


