Almaniyanın “Hoffenhaym” klubu futbolçusu Stiven Zuberin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
2014-cü ildən “Hoffenhaym”da çıxış edən Zuber, 23 dəfə də İsveçrə yığmasının formasını geyinib.