
Vinisiusun daha bir “müştəri”si var
“Real”ın hücumçusu Vinisius Junior “Bayern”in maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı futbolçu ilə bağlı ilkin məlumat toplayıb.
Mənbənin iddiasına əsasən, “Real” Vinisiusu gələn yay azad agent kimi itirmək istəmədiyi üçün ona gələcək təklifləri nəzərdən keçirməyə hazırdır. Daha əvvəl Madrid klubu ilə futbolçu arasında yeni müqavilə danışıqlarının dalana dirəndiyi bildirilmişdi.
Braziliyalı oyunçunu transfer etmək istəyən klublardan birinin də “Mançester Yunayted” olduğu qeyd olunur. İngiltərə təmsilçisinin onun üçün 120 milyon avro təklif etməyə hazırlaşdığı iddia edilir.
Vinisius ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



