“Kloppun Almaniya millisinə gətirilməsi ən doğru qərar olacaq”

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus, yığmanın baş məşqçi postuna Yurgen Kloppun gətirilməsinin ən düzgün seçim olacağını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, DÇ-2026-nın 1/16 finalında bundestimin Paraqvay millisinə məğlub olaraq mübarizəni (1:1, pen – 3:4) dayandırmasından sonra baş məşqçi Yulian Naqelsmannın istefasını da dəyərləndirib:

“Almaniya Futbol Federasiyası çətin qərarlar verməlidir və bu qərarlar bəzən ağrılı olur. Hər şeyi gözəlləşdirməyə çalışırlar. Naqelsmann əvvəlcə istefa verməyəcəyini deyirdi, amma üç gün sonra postunu tərk etdi. Düşünürəm ki, ona həm federasiya, həm də ictimaiyyət tərəfindən təzyiq göstərilib.

Amma baş verənlərə görə yeganə məsul şəxs Naqelsmann deyil. Federasiyada hər kəs öz fəaliyyətini ciddi şəkildə təhlil etməlidir. Təkcə baş məşqçi yox, bütün rəhbərlik Almaniya yığmasının növbəti dəfə dünya çempionatında uğursuz çıxışına görə məsuliyyət daşıyır.

İlk böyük səhv təxminən bir il əvvəl Naqelsmannın müqaviləsinin müddətinin yüksək təzminat şərti ilə uzadılması idi. Klopp milli komandaya gətirilsə, hamımızın gözlədiyi kimi, bu, ən doğru qərar olacaq. Almaniyanın gələcək uğurları üçün məhz belə məşqçiyə ehtiyac var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button