
Keyn klubunu dəyişməmək qərarı verib
“Bayern”in hücumçusu Harri Keyn karyerasını hazırkı klubunda davam etdirmək qərarına gəlib.
Komanda.az xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb.
“Barselona” ingiltərəli hücumçu ilə maraqlanıb və onun ətrafı ilə əlaqə saxlayıb. Ancaq tərəflər arasında danışıqlar konkret mərhələyə keçməyib.
Bildirilir ki, 32 yaşlı forvard “Bayern”lə müqaviləsinin müddətini uzatmaq barədə yekun qərar verib. Gözlənilməz dəyişiklik baş verməsə, yeni sözləşmə DÇ-2026 başa çatdıqdan sonra imzalanacaq.
Keyn “Barselona” üçün “Atletiko”nun hücumçusu Xulian Alvares transferinin baş tutmayacağı təqdirdə alternativ variant hesab olunurdu. İndi isə Kataloniya təmsilçisi transfer bazarında başqa seçimlər axtarmalı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



