Premyer Liqada yeni rekord
“Kristal Pelas”ın baş məşqçisi Roy Hocson İngiltərə Premyer Liqası tarixinə düşüb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 27-ci tur çərçivəsində “Lester”lə qarşılaşmada “Kristal Pelas”a başçılıq edən Hocson, Premyer Liqada işləyən ən yaşlı baş məşqçi olub.
Hocson 71 yaş, 198 günlükdür. Bundan əvvəl Premyer Liqada çalışan ən yaşlı baş məşqçi “Nyukasl”ın sabiq çalışdırıcısı Bobbi Robson idi.
“Kristal Pelas” “Lester”i səfərdə 4:1 hesabıyla məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin