“Sportinq”dən “Vest Bromviç”ə
İngiltərənin “Vest Bromviç” klubu Portuqaliya “Sportinq”indən icarəyə götürdüyü Mateus Pereyranı birdəfəlik transfer edib.
Komanda.az xəbər verir ki, bu barədə son mövsümdə Çempionşipdə ikinci yeri tutmaqla yenidən Premyer Liqaya qayıdan “Vest Bromviç”in rəsmi saytı məlumat yayıb.
İngiltərə klubu braziliyalı futbolçunu ötən mövsümün əvvəlində bir illik icarəyə götürmüşdü. Lakin 24 yaşlı vingerin çıxışı uğurlu olduğu üçün, “Vest Bromviç” onun heyətdə qalmasına qərar verib. “Sportinq”ə ödənilən transfer məbləği açıqlanmasa da, Mateusun özü ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi geridə qalan mövsümdə meydana çıxdığı 42 oyunda 8 qola, 16 məhsuldar ötürməyə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin