Seneqallı hücumçu “Fənərbaxça”da – rəsmi
Türkiyənin “Fənərbaxça” klubunun “Kasımpaşa”dan Mame Tiamla anlaşdığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi bu transferi rəsmiləşdirib. Bu barədə klubun saytı məlumat verib.
“Fənərbaxça” seneqallı futbolçu ilə 3 illik müqavilə imzalayıb.
27 yaşlı hücumçu son mövsümdə Super Liqada 25 oyunda iştirak edib və 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin