“Yuventus” onunla danışıqları tamamlayır
“Yuventus”un idman direktoru Fabio Paratiçi komandanın hücumçusu Paulo Dibalanın taleyi ilə bağlı açıqlama verib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, klub rəsmisi, Dibala ilə yeni müqavilə ilə bağlı danışıqların son mərhələsində olduğunu bildirib:
“Üç gündən bir oyunların keçirilməsinə və yaranan çətinliyə baxmayaraq, Dibala ilə bağlı danışıqları davam etdiririk. Bütün çətinliklərə baxmayaraq, danışıqlarda irəliləyirik. Bu dövrdə belə sıx əlaqədəyik və demək olar ki, danışıqların daha irəli mərhələsindəyik”.
2015-ci ildən “Yuventus”da çıxış edən Dibalanın müqaviləsi 2022-ci ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin