Fransa klubunda 5 nəfər koronavirusa yoluxdu
Fransanın “Sent-Etyen” klubunun futbolçuları və işçiləri koronavirus testindən keçib.
Komanda.az xəbər verir ki, testlərdə 5 nəfərin nəticəsi pozitiv çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yoluxanlardan 3-ü futbolçudur. Nəticəsi müsbət çıxan şəxslərin adı açıqlanmayıb. Həmin şəxslər karantinə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin