“Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı
Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Səfərdə “Kuinz Park Reyncers” üzərində minimal hesablı qələbəyə sevinən “Uotford” ilk 1/4 finalçı olub.
Şənbə günü daha üç görüş baş tutub. “Brayton” doğma meydanda “Derbi Kaunti” üzərində qələbə ilə mərhələ adlayıb. “Milluoll” səfərdə “Uimbldon” səddini tək qolla keçib. “Nyuport Kaunti” ilə qarşılaşan “Mançester Siti” isə darmadağınla 1/4 finala yüksəlib.
Bazar günü baş tutan oyunlarda “Bristol Siti” “Vulverhempton”a, “Donkaster Rovers” isə “Kristal Pelas”a uduzaraq, mübarizəni dayandırıb. “Suonsi” isə “Brentford” üzərində darmadağınla növbəti mərhələyə yüksəlib.
Mərhələnin ən maraqlı görüşlərindən biri “Çelsi” və “Mançester Yunayted” arasında baş tutub. Son oyun gününə təsadüf edən qarşılaşma “qırmızı şeytanlar”ın inamlı qələbəsiylə başa çatıb.
İngiltərə Federasiya Kuboku, 1/8 final
15 fevral
KPR – Uotford 0:1
16 fevral
Brayton – Derbi Kaunti 2:1
Uimbldon – Milluoll 0:1
Nyuport Kaunti – Mançester Siti 1:4
17 fevral
Bristol Siti – Vulverhempton 0:1
Donkaster Rovers – Kristal Pelas 0:2
Suonsi – Brentford 4:1
18 fevral
Çelsi – Mançester Yunayted 0:2
Bizi Facebook-da izləyin