
19 yaşlı hücumçu üçün 100 milyon avro tələb edirlər
“Bornmut”un hücumçusu Eli Junior Krupi Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.
Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ən çox PSJ-yə keçmək arzusundadır. Ancaq onun xidmətində təkcə parislilər deyil, həm də “Arsenal”, “Barselona”, “Bayern”, “Çelsi” və “Mançester Siti” kimi top-klublar da maraqlıdır.
“Mançester Siti” artıq fransalı forvardın transferi ilə bağlı ilkin danışıqlar aparıb. “Bornmut” oyunçusu üçün 100 milyon avro tələb edir.
Eli ötən mövsüm Premyer Liqada 33 oyuna çıxaraq, 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



