Azərbaycan millisinin üzvlərinin Sumqayıtda imza günü keçirilib

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçuları Günay İsmayılova, Aytac Şərifova, Kamilla Məmmədova, Esra Manya, Peritan Bozdağ və Vüsalə Seyfəddinovanın iştirakı ilə Sumqayıt şəhər 10 və 18 nömrəli tam orta məktəblərdə imza günü təşkil olunub.

Komanda.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Məqsəd milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasına qarşı keçirəcəyi oyunun təbliğatını aparmaq, həmçinin şagirdlərə milli haqqında ətraflı məlumat vermək olub.

Görüş zamanı futbolçular şagirdlərlə ünsiyyətdə olub, xatirə şəkilləri çəkdirib və imza paylayıblar. Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və məktəblilər milli üzvlərinə qarşıdakı oyunda uğurlar arzulayıblar.

Tədbirdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiya nümayəndələri, Sumqayıt şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Oqtay Nuriyev, 10 nömrəli tam orta məktəbin direktoru Səmra Quluzadə və 18 nömrəli tam orta məktəbin direktoru Nərminə Ömərova iştirak ediblər.

İyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Macarıstan oyunu saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button