“Kəpəz”dən Rövşən Əhmədova dəstək – sabiq bombardir məşqçi kurslarına qatılacaq

“Kəpəz” klubu keçmiş futbolçusu Rövşən Əhmədovun AFFA-nın C kateqoriyalı məşqçi kurslarına qatıla bilməsi üçün tələb olunan maliyyə ödənişini öz üzərinə götürüb.

Komanda.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev sosial şəbəkə hesabından məlumat yayıb. O, AFFA tərəfindən müvafiq kateqoriya üçün sənəd qəbulu başlayarkən sabiq futbolçunun kursa yazılmasısının təşkil ediləcəyini bildirib.

“Kəpəz”in heyətində Azərbaycan çempionu olan sabiq hücumçu Rövşən Əhmədov, bir müddət əvvəl Gəncə klubunun yardım aksiyası zamanı çəkilən fotosuyla gündəmə gəlmişdi. Daha sonra açıqlama verən keçmiş bombardir, fəhlə işlədiyini demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button