MLS-də klublara qoyulan qadağanın müddəti artırıldı

MLS klublarının məşq etməsinə qoyulan qadağanın müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, ABŞ və Kanada klublarının mübarizə apardığı çempionatın iştirakçısı olan 26 komandanın hamısına aprelin 24-nə qədər məşq etmək qadağan edilib. Bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.

Dünyada geniş yayılmış koronavirus pandemiyasına görə MLS-də də martın 12-dən oyunlar 30 günlük təxirə salınıb. Daha sonra isə çempionatın mayın 10-na qədər keçirilməyəcəyi açıqlanıb. Bundan əvvəlki məşq qadağası isə aprelin 3-nə qədər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button