“Çempionatı bitirə bilməsək…” – La Liqa rəhbəri

İspaniya La Liqasının prezidenti Xavyer Tebas koronavirus pandemiyası səbəbiylə dayandırılan turnirin taleyi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qurum rəhbəri, cari mövsümdə La Liqanın davam etdiriləcəyini bildirib:

“Cari mövsümü sona çatdıracağımızı düşünürəm. Tarixləri müəyyənləşdirmək üçün digər liqaların rəhbərləri ilə birlikdə çalışırıq. Digər çempionatlar və İspaniya klubları ilə müzakirələr aparırıq. Bu həftə hamımız üçün vacibdir, AÇ-2020 ilə bağlı da yekun qərar veriləcək.

Bütün çempionatlar, klublar üçün çətin zamandır. Çempionatlarla bağlı yüzlərlə yayım müqavilələri var. Cari mövsüm üçün turnirlər ləğv edilsə, böyük problemlərimiz olacaq, xüsusilə də, iqtisadi baxımdan. Gəlirlərimiz azalacaq və büdcəni yenidən nəzərdən keçirməli olacağıq. Çempionatı bitirə bilməsək, nəzərdə tutduğumuz gəlirin 1/4  hissəsini itirəcəyik. Hazırda əsas fikrimiz çempionatı tamamlaya bilməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button