İlham Əliyev Azərbaycan millisini təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Avropa çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasını təbrik edib.

Komanda.az xəbər verir ki, Əliyev, rəsmi “tvitter” hesabı vasitəsilə İtaliyada keçirilən Avropa çempionatında ikinci yeri tutan yunan-Roma güləşi üzrə yığmanın üzvlərini və Azəraycan xalqını təbrik edib:

“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button