Almaniya Bundesliqasının oyunu təxirə salındı

Almaniya Bundesliqasının 21-ci turu çərçivəsində bu gün keçirilməsi planlaşdırılan “Borussiya” (Münhenqladbax) – “Köln” matçı təxirə salınıb.

Komanda.az Münhenqladbax klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub. Oyundan əvvəl və qarşılaşma zamanı güclü külək və yağış proqnozlaşdırıldığı üçün matçın təxirə salınmasına qərar verilib.

Oyunun nə vaxt keçiriləcəyi açıqlanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button