Bordinin bəyənmədiyi oyunçu rəsmən “Qalatasaray”da

Türkiyə çempionu “Qalatasaray” növbəti transferini həyata keçirib.

Komanda.az xəbər verir ki, daha öncə Henri Onyekuru və Marselo Saraççini sıralarına cəlb edən İstanbul təmsilçisi bu dəfə “Əskişəhərspor”da forma geyinən Jesse Sekidikanı heyətinə qatıb.

Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb. Nigeriyalı oyunçu ilə klub arasında 4,5 illik müqavilə imzalanıb. 23 yaşlı hücumçu yeni komandasında 28 nömrəli formanı geyinəcək.

“Qalatasaray” yeni hücumçusuna bu mövsümün qalan hissəsi üçün 125 min avro ödəyəcək. Qarşıdakı illərdə isə futbolçu ilinə 250 min avro qazanacaq.

Sekidika bu mövsüm “Əskişəhərspor”da 16 oyuna çıxıb, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Onu da xatırladaq ki, nigeriyalı forvard 2019-cu ilin əvvəlində “Neftçi”də də baxışda olub. Amma həmin vaxt “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin onu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button