“Sumqayıt” sabahdan başlayır
“Sumqayıt”da istirahət başa çatır.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilir ki, “gənclik şəhəri” təmsilçisi sabahdan etibarən bir araya gələcək. Komanda bununla Premyer Liqada 3-cü dövrənin hazırlığının birinci mərhələsinə start verəcək. Komanda saat 11:00-da “Sumqayıt Arena”da yeni ilin ilk məşqini keçirəcək.
Qeyd edək ki, “Sumqayıt” toplanışın ikinci mərhələsi üçün yanvarın 12-də Antalyaya yollanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin