DÇ-2006-nın qalibinə Sloveniyadan təklif

“Yuventus”un və İtaliya millisinin keçmiş futbolçusu Mauro Kamoranezi Sloveniyada çalışa bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Tabor Sejan” klubu 43 yaşlı mütəxəssisə baş məşqçilik təklif edib. Sloveniya təmsilçisi Kamoranezi ilə müddəti 2021-ci ilin yayına qədər olan müqavilə imzalamaq istəyir.

Kamoranezi son olaraq Meksikanın “Kafetaleros” komandasını çalışdırıb. İtaliya millisi ilə DÇ-2006-nın qalibi olan Kamoranezi 2017-ci ilin yayından işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button