“Zirə”nin futbolçusu qarət olundu – İki azyaşlı qız tərəfindən

“Zirə”nin futbolçusu Mfo Kqasvane qarət olunub.

Komanda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı pulunun oğurlandığını bildirib. Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17.00 radələrində N.Rəfibəyli küçəsində iki azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan iki azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Araşdırma davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button