“Neftçi” rəhbərliyi Şenol Günəşlə görüşüb
AÇ-2020-nin final mərhələsinin görüşləri ilə əlaqədar Bakıya səfər edən Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş “Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci km stadionu ilə tanış olub.
Komanda.az xəbər verir ki, klub rəhbərliyi – prezident Kamran Quliyev və vitse-prezident Elnur Eyvazovla görüşən türkiyəli mütəxəssisə xatirə hədiyyəsi olaraq “Neftçi” forması verilib. Şenol Günəş isə Türkiyə milli komandasının imzalı formasını Kamran Quliyevə təqdim edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin