“Maneni dördüncü sırada görəndə utandım” – Messi
“Barselona”nın futbolçusu Lionel Messi “Liverpul”un hücumçusu Sadio Mane haqda fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Messi, seneqallı futbolçunun “qızıl top” üçün səsvermədə 4-cü yeri tutmasına münasibət bildirib:
“Qızıl top”un səsverməsində Maneni dördüncü sırada görəndə utandım. Ancaq düşünürəm ki, bu mövsüm namizədlər həddindən artıq çox idi. Buna görə də, konkret oyunçu seçmək çətin oldu. Xüsusilə, Manenin adını çəkdim, çünki o, futbolçu kimi çox sevdiyim biridir”.
Messi bu il karyerasında 6-cı dəfə “qızıl top”u qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin