Balotelli özündən çıxdı, meydanı tərk etmək istədi
İtaliya A Seriyasının 11-ci turunun “Verona” – “Breşiya” matçında xoşagəlməz hadisə yaşanıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Breşiya”nın futbolçusu Mario Balotelli irqçiliyə məruz qalıb. Yerli azarkeşlərin irqçi şüarlarını görən hücumçu, meydanı tərk etmək istəsə də, komanda yoldaşları buna icazə verməyib və Balotellini oynamağa razı salıblar.
Balotelli topu tribunaya vuraraq, azarkeşlərə reaksiyasını göstərib.
İtalyan hücumçu 85-ci dəqiqədə qol vurub.
“Verona” – “Breşiya” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin