Super Liqada növbəti istefa
Türkiyənin “Gənclərbirliyi” klubunun baş məşqçisi Mustafa Kaplan istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Kaplan komandanın uğursuz çıxışına görə vəzifəsindən ayrılıb.
“Gənclərbirliyi” Super Liqada 9 turdan sonra 6 xalla 17-ci sırada qərarlaşıb. 18-ci sıranın sahibi “Kayserispor” klubunun baş məşqçisi Samet Aybaba da dünən istefa vermişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin