Super Liqanın lideri Rusiya millisinin üzvünü transfer etdi
Türkiyənin “Başakşəhər” klubu da “transfer pəncərəsi”nin son günündə heyətinə yeni futbolçu cəlb edib.
Komanda.az xəbər verir ki, Super Liqanın lideri Rusiya millisinin üzvü Fyodr Kudryaşovla güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Azad agent statusu daşıyan 31 yaşlı müdafiəçi İstanbul klubu ilə 1,5 illik müqaviləyə imza atıb. O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.
Karyerası ərzində “Spartak”, “Krasnodar”, “Rostov” kimi klublarda forma geyinən Kudryaşovun son iş yeri “Rubin” olub. 31 yaşlı müdafiəçi yanvarın 10-da Kazan təmsilçisiylə yollarını ayırıb. Kudryaşov Rusiya millisində 26 oyun keçirib.
Sonda onu da xatırladaq ki, Rusiya və Türkiyə mətbuatı daha öncə sözügedən futbolçunun “Fənərbaxça”ya keçəcəyini iddia edirdi.
Bizi Facebook-da izləyin