
Fabinyo “Əl-İttihad”dan ayrılır
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun yarımmüdafiəçisi Fabinyo komandadan ayrılır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun klubu ilə müqaviləsinin müddəti başa çatıb və “Əl-İttihad” heyəti gəncləşdirmək qərarına gəldiyi üçün onunla yollarını ayıracaq.
Braziliyalı oyunçu 2023-cü ilin yayından “Əl-İttihad”ın şərəfini qoruyurdu. O, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində ümumilikdə 111 oyunda meydana çıxıb və 7 qol vurub.
“Əl-İttihad” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 55 xal toplayaraq, turnir cədvəlini 5-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



