
Romario: “Tanıdığımız Braziliya millisini görə bilmədik”
Braziliya millisinin sabiq hücumçusu Romario komandanın 2026-cı il dünya çempionatından erkən ayrılmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalıların çıxışını tənqid edib:
“Bu nəticədə hər kəs günahkardır. Baş məşqçi də. Tanıdığımız Braziliya komandasını görə bilmədik”.
Braziliya millisi 1/8 finalda Norveç yığmasına 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Komanda 1990-cı ildən sonra ilk dəfə dünya çempionatında 1/4 finala yüksələ bilməyib. Norveç yığması isə növbəti mərhələdə İngiltərə millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



