
Runi: “İnfantino utanmalıdır”
İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi, FİFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı qərarını kəskin tənqid edib.
FİFA-nın qərarına əsasən, bir oyunluq cəza alan Baloqun ABŞ yığmasının dünya çempionatının növbəti matçında iştirak edə biləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Runi qərara belə münasibət bildirib:
“Bu, tamamilə rüsvayçılıqdır. Canni İnfantino (FİFA prezidenti) utanmalıdır. Bu qərar oyunun idman bütövlüyünü şübhə altına alır”.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp qərara görə FİFA rəhbərinə təşəkkür edib.
ABŞ millisi dünya çempionatının 1/8 finalında Belçika yığması ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



