
“Arsenal” PSJ-nin futbolçusuna göz dikib
“Arsenal” PSJ-nin hücumçusu Bredli Barkolanı transfer etmək istəyir.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “topçular” 23 yaşlı futbolçunun keçidi üçün bu yay təxminən 80 milyon avro ödəməyə hazırdır.
Barkola PSJ-yə 2023-cü ildə “Lion”dan 45 milyon avro qarşılığında transfer olunub. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Fransalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı Barkolanın dəyərini hazırda 70 milyon avro olaraq qiymətləndirir. “Arsenal”ın isə onun üçün daha yüksək məbləğ ödəməyə hazır olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



