“İnter” də kubokdan kənarlaşdırıldı
Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Milan” doğma meydanda “Napoli” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 2 cavabsız qolla qalib gəliblər. Nəticədə, ilk yarımfinalçı “Milan” olub.
İkinci oyun günündə iki görüş baş tutub. Səfərdə “Fiorentina”nın qonağı olan “Roma” biabırçı məğlubiyyətlə üzləşib və kubokla vidalaşıb. “Atalanta”nın qonağı olan “Yuventus” da böyük hesabla uduzaraq, kubokda mübarizəni dayandırmalı olub.
Sonuncu yarımfinalçının adına “İnter” – “Latsio” matçında aydınlıq gəlib. Bu qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda “Latsio” hesabı açılsa da, “İnter” son anda buraxılan qolun əvəzini çıxmağı bacarıb. Nəticədə, qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq oynayan
İtaliya Kuboku, 1/4 final
20 yanvar
Milan – Napoli 2:0
30 yanvar
Fiorentina – Roma 7:1
Atalanta – Yuventus 3:0
31 yanvar
İnter – Latsio 1:1 (penaltilər 3:4)
Bizi Facebook-da izləyin