“Qalatasaray”ın futbolçusu əməliyyat olundu – 2 ay olmayacaq

“Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “sarı-qırmızılar”ın futbolçusu Yunes Belhanda sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Super Liqanın 4-cü turunun “Kasımpaşa” ilə matçında çənəsinə zərbə alan Belhanda əməliyyat olunub. Mərakeşli futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

“Qalatasaray” “Kasımpaşa”nı 1:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button