“Ronaldo ən yaxşıdır, Messi isə sənətçi kimidir”

Braziliyanın “Flamenqo” klubunun baş məşqçisi Jorge Xesus Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, “Yuventus”un şərəfini qoruyan Ronaldonun ən yaxşı olduğunu deyib:

“Mənim üçün Ronaldo ən yaxşıdır. Buna şübhəm yoxdur. O, hər mövsüm 30, 40, 50 qol vurur. Məncə, Ronaldo bütün futbolçulara nümunə olmalıdır. Hamı onun təkcə istedadı ilə deyil, həm də peşəkarlığı sayəsində bu uğurlara nail olduğuna diqqət etməlidir. Bu, futbolçu olmaq istəyən hər kəs üçün dərs olmalıdır.

Messi isə fərqli bir futbolçudur. O, daha çox bir sənətçi kimidir”.

65 yaşlı mütəxəssis, PSJ-nin hücumçusu Neymarla bağlı da danışıb:

“Neymar bu iki futbolçunun səviyyəsinə çatacaqmı, bilmirəm. O, öz zehniyyətini dəyişdirə bilməsə, buna nail olmayacaq. Meydanda oyununuzdan zövq almasaz, ən yaxşı ola bilməzsiz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button