“Marsel”in yeni transferi zədələnib

ABŞ millisinin və “Marsel”in vingeri Timoti Vea yoldaşlıq oyununda zədələnib.

24 yaşlı futbolçu sentyabrın 7-də baş tutan ABŞ – Cənubi Koreya matçının (0:2) 62-ci dəqiqəsində sağ ayağında narahatlıq hiss etdiyi üçün əvəzlənib.

Komanda.az “La Provence”-yə istinadən xəbər verir ki, amerikalı futbolçunun zədəsi ciddi deyil. Problem əsasən onun “Yuventus”dan gec qoşulduğu üçün keçdiyi sürətli hazırlıq prosesi ilə əlaqədardır.

Vea bu yay “Marsel”ə transfer olunub və qısa müddətdə baş məşqçi Roberto De Zerbinin etibarlı oyunçularından birinə çevrilib. O, hücum xəttinin müxtəlif mövqelərində sınaqdan keçirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button