
PSJ Donnarumma ilə bağlı ümidlidir
Canluici Donnarummanın “Mançester Siti”yə keçidi hələlik reallaşmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir, PSJ rəhbərliyi italiyalı qapıçını satışa çıxarıb və Donnarumma da azarkeşlərlə vidalaşaraq klubdan ayrılacağını açıqlayıb.
26 yaşlı qolkiperə əsas namizəd “Mançester Siti” hesab olunur. Ancaq tərəflər arasında aparılan danışıqlar bir neçə gündür ki, irəliləmir və transferin şərtləri razılaşdırılmayıb.
Buna baxmayaraq, Paris klubunun nümayəndələri keçidin baş tutacağına ümidlidirlər. İddialara görə, Donnarumma artıq “şəhərlilər”lə şəxsi müqavilə barədə razılıq əldə edib.
Qolkiperin transfer qiymətinin təxminən 30 milyon avro olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



