“Yuventus”un futbolçusu Fransa klubunda
Fransanın “Dijon” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliya çempionu “Yuventus”un yarımmüdafiəçisi Mateus Pereyranı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu 1 illik icarəyə götürülüb.
“Korintians”ın yetirməsi olan, 2016-cı ildə İtaliyanın “Empoli” klubuna transfer olunan braziliyalı yarımmüdafiəçi, 2017-ci ildə “Yuventus”a keçib. Turin təmsilçisi elə həmin il onu “Bordo”ya, 2018-ci ildə isə “Bordo”ya icarəyə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin