
“Araz-Naxçıvan”dan 2 futbolçu ilə yeni müqavilə
“Araz-Naxçıvan” müqaviləsi başa çatan iki futbolçuyla yeni anlaşma imzalayıb.
Klubdan Komanda.az-a verilən məlumata görə, Nuno Rodrigues və Ramon Maçado 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək.
Hər iki futbolçu ilə müqavilə bir il müddətinə imzalanıb.
Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov və Vanderson Melo ilə də yeni müqavilə bağlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


