“Araz-Naxçıvan”dan daha bir futbolçu ilə yeni müqavilə

“Araz-Naxçıvan” apıçısı Tərlan Əhmədli ilə müqavilənin müddətini uzadıb.

Bu barədə Komanda.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

31 yaşlı qolkiper daha 1 il “Araz-Naxçıvan”ın formasını geyinəcək. O, 2024/2025 mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button