
“Mançester Yunayted” transferlərə 200 milyon ayıracaq – Bir şərtlə
“Mançester Yunayted” rəhbərliyi yay transfer dövründə komandanın heyətini gücləndirməyi planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “Givemesport” məlumat yayıb.
“Qırmızı şeytanlar” yeni futbolçuların transferi üçün azı 200 milyon funt sterlinq ayırmağı nəzərdə tutur. Ancaq bu məbləğin xərclənməsi üçün bir əsas şərt var. Bu, yalnız komanda Avropa Liqasını qazandığı təqdirdə baş verəcək. Turnirdə qələbə “Mançester Yunayted”ə növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak hüququ verəcək.
Ruben Amorimin komandası Avropa Liqasının finalında “Tottenhem”lə qarşılaşacaq. Oyun mayın 21-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



