
Feliksi Portuqaliyaya qaytarmaq istəyirlər
“Çelsi”nin futbolçusu Joao Feliksin Portuqaliyaya qayıtmaq ehtimalı var.
Komanda.az İngiltərə mediasına istinadən xəbər verir ki, “Benfika” 25 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Portuqaliya nəhəngi Feliksi komandaya qaytarmaq üçün bütün səylərini göstərəcək.
Feliks 2016–2019-cu illərdə “Benfika”nın formasını geyinib. Hazırda o, icarə əsasında “Milan”da çıxış edir. Tərəflər arasında icarə müqaviləsinin müddəti gələn ay başa çatacaq.
Portuqaliyalı futbolçu bu mövsüm A Seriyasında 13 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin