Ranyeri: “Roma”nı sevirəm və ona zərər vermək istəmirəm”

Klaudio Ranyeri daha bir mövsüm “Roma”nın “sükanı arxasında” qalmaq ssenarisini qəti şəkildə təkzib edib.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, son mövsümdə paytaxt klubuna gələn və nəticələrini xeyli yaxşılaşdıran italiyalı mütəxəssis qalmaq niyyətində deyil:

“Mən bu klubu sevirəm və ona zərər vermək istəmirəm. Yeni məşqçiyə işləmək və işləri yoluna qoymaq üçün vaxt lazımdır. Ona hər cür məsləhətlə kömək etməyə hazıram, amma daha bir mövsüm “Roma”nın “sükanı arxasında” qalmaq mənim tərəfimdən çox eqoistlik olardı”.

“Roma” hazırda İtaliya çempionatının turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button