
“Trabzonspor” yeni baş məşqçisini açıqladı
“Trabzonspor” klubu türkiyəli çalışdırıcı Fatih Təkkə ilə müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təkkə, futbol karyerasına gənclər akademiyasında başladığı “Trabzonspor”da çıxdığı 239 matça 104 qol vurub. 11 il formasını geyindiyi komandanın kapitanlığına yüksələn Təkkə, bir dəfə bombardiri olduğu “Trabzonspor”da üç dəfə Türkiyə kubokunu qazanıb.
O, “Trabzonspor”un baş məşqçisi postunda martın 10-da klubla yollarını ayıran Şenol Günəşi əvəz edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin