![](https://komanda.az/wp-content/uploads/2023/05/Rafinya-780x470.jpeg)
“Öz dəyərimi bilirəm” – “Barselona”nın futbolçusu
“Barselona”nın vingeri Rafinya Dias onunla Səudiyyə Ərəbistanı klublarının maraqlanması haqda xəbərlərə münasibət bildirib.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, həmişə “Barselona”ya diqqət yetirdiyini söyləyib:
“Mən həmişə “Barselona”ya diqqət yetirmişəm. İnsanların kluba olan inamını hiss edirəm. Öz dəyərimi bilirəm və hər gün “Barsa”ya nə verə biləcəyimi düşünürəm”.
28 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 35 matçda iştirak edib, 24 qol vurub və 15 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin