“Barselona”nın Rafinya planı

“Barselona”nın vingeri Rafinya Dias klubu ilə yeni müqavilə imzalaya bilər.

Braziliyalı futbolçu Hans-Diter Flikin rəhbərliyi altında komandada əsas rol oynayır. Ancaq çoxsaylı söz-söhbətlərə inansaq, kataloniyalılar maddi çətinliklərə görə, sərfəli təkliflər alınarsa, 28 yaşlı oynçunu satmağı düşünə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” bu il Rafinya ilə yeni müqavilə ilə bağlı danışıqlara başlamağı planlaşdırır.

Rafinyanın Kataloniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Ona “Mançester Siti” və Səudiyyə Ərəbistanı çempionatının təmsilçilərindən maraq var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button